Haqqımızda
Biz Azərbaycan Respublikasında fəaliyyət göstərən bir turizm agentliyik. Çin ilə 12 ildir yaxın əlaqələrimiz var. Çinin müxtəlif yerlərindən Qafqaz ölkələrinə, o cümlədən Azərbaycana qonaq qəbul etməkdən çox məmnunuq. Son iki ildə Çinin müxtəlif yerlərindən gələn turistlərin sayında artım müşahidə olunur.
Şirkətimiz Azərbaycana və digər Qafqaz ölkələrinə qonaq gələn Çin turistlərinin 80 faizini idarə edir. Qrup səfərlərinin, işgüzar turların təşkili, B2B tədbirlərinin və təqdimatlarının təşkili, Çin şirkətləri üçün hökumət dəvətlərinin alınmasında köməklik göstəririk.